Yaradanım, Allahım,

Həqiqi dostum,

Yönəldiyim, bağlandığım

Vacibül Vücüd!

Kitablar üstü kitabına,

Vəhyinə, sətir sətir yazanlara,

And içdiyin qələmə sarıldım.

Hamıya xoş görünməyi yox,

Həqiqəti ayaqda tutmağı seçdim,

Fəqət, Rəbbim, bulandı ürəyim

Əksəriyyətdən.

Cavidə rast gəldim, dedi:

‘Atəşsiz, inan, nur olamaz sabitü-qaim.’

Çəkilb geri düşündüm ki,

Bir qürüru, vəzifəsi var odunun!

Ey Hikmətlər Sahibi,

Bir insanın sinəsində iki qəlb yaratmamışkən,

Bir sinə saysız qəlbi daşıyar necə?

Şikayətdən keçib, Möcüzələrin Sahibi,

Buyurduğun kimi,

Yarattığınla səni baş-başa qoyuram.

Həmd aləmlərin Rəbbi Alladır!

Yaradanla Söhbətlər, Heyran, 2021

--

--